Domeniko Tedesko hazırkı iş yerində daha uzun müddət çalışmaq hüququ qazanlb.
Belçika Futbol Federasiyası (BFF) yığmanın baş məşqçisi ilə müqaviləni yeniləyib.
BFF-nin saytının yaydığı xəbərə görə, 38 yaşlı mütəxəssislə müqavilənin müddəti 2026-cı ilə qədər uzadılıb. Tedesko milli komandanı 2023-cü ilin fevralından çalışdırır. Daha əvvəl isə “Ertsgebirge”, “Şalke-04”, “Spartak” və “Leyptsiq”ə başçılıq edib.
Belçika martın 23-də İrlandiya, martın 26-da isə İngiltərə ilə yoxlama oyunu keçirəcək. Onu da qeyd edək ki, Tedeskonun komandası AÇ-2024-ün final mərhələsində E qrupunda Rumıniya, Slovakiya və B yolunda pley-offun qalibi (İsrail, İslandiya, Bosniya və Hersoqovina, Ukrayna) ilə mübarizə aparacaq.