• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənər” aşağı liqa klubu ilə bacarmadı - daha bir futbolçu ilə yollar ayrıldı

Dünya futbolu

9-07-2024, 20:0

İstanbul nəhəngləri yeni mövsümə hazrlığı davam etdirir.

Komandalar artıq yoxlama oyunları keçirməyə başlayıblar. Covanni van Bronkhorstun rəhbərliyi altında hazırlıq keçən “Beşiktaş” iyulun 6-da öz bazasındakı meydançada “Ümraniyəspor”la qarşılaşdı. Ən son 2022/23 mövsümündə superliqada çıxış edən 1-ci liqa təmsilçisi “Ümraniyəspor”u “Fənərbaxça”nın sabiq üzvləri idarə edir. Belə ki, komandanın baş məşqçisi Tuncay Şanlı, idarə heyətinin sədri isə Nikolya Anelkadı.

Yeni transferlərdən Qabriel Paulistanın start heyətində oynadığı matçda “Beşiktaş” rəqibinin müqavimətini qıra bilmədi və görüş qolsuz yekunlaşdı. “Qartal” sabah toplanış üçün Sloveniyanın Maribor şəhərinə yollanacaq. Komanda burda iyulun 13-də Zaqreb “Dinamo”su, 17-də “Şaxtyor”, 20-da isə QAK ilə qarşılaşacaq. “Fənərbaxça” isə iyulun 3-dən etibarən Avstriyanın Qrats şəhərində toplanışdadı. Daha öncə öz bazasında Rumıniya təmsilçisi “Petrolul”u məğlub edən Joze Mourinyonun komandası Avstriyada artıq ilk yoxlama matçını keçirib. “Fənər” iyulun 6-da “Admira” ilə qarşılaşıb. “Sarı-lacivərdlilər” Avstriyanın aşağı liqa təmsilçisi ilə bacara bilməyib və görüş 1:1 hesabı ilə yekunlaşıb. “Admira” artıq 7-ci dəqiqədə hesabı açsa da, buna 22-ci dəqiqədə penaltidən vurduğu qolla Ceko cavab verib. “Fənər” sabah “Hayduk”, iyulun 13-də isə “Strasbur”la qarşılaşdıqdan sonra vətənə qayıdacaq. İyulun 23-də isə komanda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Luqano”ya qarşı ilk oyuna çıxacaq.

Yeri gəlmişkən, dünən bir futbolçunun “Fənərbaxça” ilə vidalaşacağı məlum olub. “Qalatasaray”a yollanan Mişi Batşuayini heyətdə saxlamağa ehtiyac görməyən “sarı-lacivərdlilər” bu dəfə Sərdar Əzizə başqa klubla danışıqlar aparmağa icazə verib. Yeni mövsüm üçün Mourinyonun planlarına daxil olmayan təcrübəli müdafiəçi dünən Avstriya toplanışını tərf edərək Türkiyəyə qayıdıb.

Qeyd edək ki, “Bursaspor”un yetirməsi olan və 2016-18-ci illərdə “Qalatasaray”da top qovan 33 yaşlı müdafiəçi 2019-un yanvarından “Fənər”də idi. Bu müddətdə o, 135 rəsmi oyuna çıxaraq 11 qol, 6 məhsuldar ötürmə ilə fərqlənmişdi. Sərdarın “Fənərbaxça” ilə 2025-ci ilə qədər müqavilə var idi. Türkiyə yığmasında 18 oyun keçirən və 2021-dən bəri yığmaya dəvət almayan Sərdarın karyerasını superliqa klublarının birində davam etdirəcəyi gözlənilir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

6-07-2024, 19:0

''Beşiktaş'' Van Bronxorst ilə ilk oyunda qalib gələ bilmədi

Dünya futbolu

30-06-2024, 13:0

''Fənərbaxça'' Mourinyonun ilk oyununda əzmkar qələbə qazandı

Dünya futbolu

26-06-2024, 20:0

Van Bronkhorsta yeni köməkçi

Dünya futbolu

25-06-2024, 20:0

Mourinyolu “Fənər”in ilk oyununun vaxtı dəqiqləşdi

Dünya futbolu

3-07-2024, 16:0

“Beşiktaş”ın ilk toplanışda rəqibləri bəlli oldu - Van Bronkhorst bazadakı şəraiti təriflədi

Dünya futbolu

20-06-2024, 22:0

Ceko “go home” yazanları “qara siyahıya saldı”

Aktual
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
“Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
“Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
“Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
“Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
Son xəbərlər
  • Bu gün, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Bu gün, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Bu gün, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Bu gün, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Bu gün, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Bu gün, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Bu gün, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Bu gün, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Bu gün, 13:17
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Bu gün, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Bu gün, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Bu gün, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Bu gün, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Bu gün, 10:00
    Klubuna sadiq qaldı
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Dünən, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Dünən, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Dünən, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Dünən, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Dünən, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Dünən, 16:12
    Hamını arxada qoydu
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 120
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 94
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə