Argentinalı futbolçu rəsmən "Səbail"də

30.06.2022 17:48 509
Premyer-liqa
"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi argentilanı yarımmüdafiəçi Franko Mazuerklə 1 illik müqavilə imzalayıb.

"Boka Xuniors"un yetirməsi olan 28 yaşlı futbolçu son olaraq Kiprdə "Etnikos"un formasını geyinib.