Mərt Çəlik yenidən "Neftçi"də - RƏSMİ

3.08.2022 11:11 404
Premyer-liqa
Mərt Çəlik “Neftçi”nin şərəfini qorumağa davam edəcək.

Football-plus.az
xəbər verir ki, müqavilə ilə Türkiyənin “İstanbul BB” klubuna məxsus olan 22 yaşlı futbolçu icarə əsasında daha 1 il flaqmanın heyətində çıxış edəcək. O, "2" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Mərt Çəlik 2020-ci ilin sentyabrından etibarən “Neftçi”nin heyətində 38 oyun keçirib, 2 qol vurub.