“Neftçi”də daha bir ayrılıq

23.06.2023 23:50 283
Premyer-liqa
“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb.

“Football-plus.az” xəbər verir ki, müdafiəçi Mert Çelikin icarə müqaviləsi başa çatıb. Onun klubu “Başakşehir” futbolçunu “Bandırmaspor”a icarəyə verib.

Qeyd edək ki, 23 yaşlı Mert 2020-ci ilin sentyabrından etibarən “Neftçi”nin heyətində 52 oyun keçirib, 2 qol vurub.