Onun yolu Səudiyyə Ərəbistanınadı

8.07.2024 19:36 293
Dünya futbolu
Ederson “Mançester Siti”ni tərk etmək üzrədi.

Təcrübəli qapıçının “Əl-Nəssr”ə keçməyə yaxın olduğunu Canluici Lonqarini sosial şəbəkə hesabı vasitəsilə xəbər verib. İtaliyalı jurnalist 30 yaşlı braziliyalı qolkiperin Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəldiyini bildirib. “Əl-Nəssr” rəhbərliyi tezliklə MS ilə danışıqlara başlayacaq.

Ederson İngiltərə klubunda 2017-ci ildən çıxış edir. O, “Siti” ilə 6 dəfə İngiltərə çempionu, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.