“Mançester Siti”nin yeni rekordçusu oldu

26.02.2024 10:26 159
Dünya futbolu
“Mançester Siti” şənbə günü “Bornmut”a 1:0 hesabı ilə qalib gəlib.

Premyer-liqanın 26-cı turunun oyunu Ederson üçün əlamətdar olub. Braziliyalı qapıçı bu liqada 110-cu “quru” oyununu keçirib. Ederson bu göstəriciyə əsasən Co Hartı arxada qoyaraq MS-nin yeni rekordçusu olub.

Qeyd edək ki, Ederson premyer-liqada bir komandada daha çox “quru” oyun keçirən 7 qapıçıdan geri qalır.