“Səbail”in növbəti transferi

8.07.2024 18:38 295
Premyer-liqa
"Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.

"Football-plus.az” xəbər verir ki, "dənizçilər" ukraynalı müdafiəçi Dmitri Litvinlə 1 illik razılığa gəlib.

Peşəkar karyerasına ölkəsinin "Metallist" (Xarkov) klubunda başlayan 27 yaşlı oyunçu sonuncu dəfə Portuqaliya təmsilçisi "Luzitaniya"da çıxış edib.