"Sumqayıt" "Orenburq"a uduzdu

7.07.2024 20:03 360
Ölkə futbolu
Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Samir Abasovun komandası Rusiyanın premyer-liqa təmsilçisi "Orenburq"la qarşılaşıb. "Sumqayıt" matçda hesabı açsa da, 85 və 88-ci dəqiqədə buraxdığı qollarla 1:2 hesabı ilə uduzub.

"Sumqayıt" iyulun 12-də isə Türkiyə 1-ci Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq. Digər rəqibin kimliyi barədə isə əlavə məlumat veriləcəyi bildirilib.

Sumqayıt - Orenburq - 1:2
Nihad Əhmədzadə, 40 - Matias Peres, 85. Brayan Mansilya, 88.