"Sumqayıt" "Orenburq"u yenə biləcəkmi?

7.07.2024 12:17 336
Ölkə futbolu / Manşet
Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, Samir Abasovun komandası Rusiyanın premyer-liqa təmsilçisi "Orenburq"la qarşılaşacaq.

Qızılcahamam stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.

"Sumqayıt" iyulun 12-də isə Türkiyə 1-ci liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq. Digər rəqibin kimliyi barədə isə əlavə məlumat veriləcəyi bildirilib.

Qeyd edək ki, “Sumqayıt” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstan təmsilçisi “Fehervar"la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə 31-də Macarıstanda keçiriləcək.