“Sumqayıt” Türkiyə toplanışına start verdi

5.07.2024 09:33 315
Ölkə futbolu
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Sumqayıt” təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

"Football-plus.az" xəbər verir ki, Samir Abasovun komandası dünən Ankaranın Qızılcahamam bölgəsində keçirdiyi ilk məşqlə hazırlıq prosesinə start verib.

Xatırladaq ki, “Sumqayıt” Ankarada təlim-məşq toplanışında 3 yoxlama oyunu keçirəcək ki, rəqiblərdən ikisinin adı artıq məlumdu. Komanda iyulun 7-də Rusiyanın premyer-liqa təmsilçisi “Orenburq”, 12-də isə Türkiyənin 1-ci liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq.