Deyilənə görə, “Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) baş sponsoru olduğu klubda yoxlamalara başlayıb. Məqsəd istefa verdikdən sonra icraçı direktor vəzifəsini müvəqqəti yerinə yetirən Fərəc Əliyevin fəaliyyətini araşdırmaqdı. Funksionerin "Səbail"ə ayrılan maliyyə vəsaitini təyinatı üzrə xərcləmədiyi, hətta bu səbəbdən istefa verdiyi bildirilir.
İddialara aydınlıq gətirmək məqsədilə Fərəc Əliyevlə əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri belə oldu:
"Səbail"də hansısa yoxlamanın aparılmasından söhbət gedə bilməz. Klubdaxili bütün işlərdə öncəlik həmişə şəffaflıq və dürüstlük olub. Bundan sonra da elə olacaq. Hazırda planlar üzrə çalışırıq. İşlərimiz hədəflərə uyğun irəliləyir. Hər şey qaydasındadı".
KƏNAN BAHADIR





