“Səbail” yataqxana qalmaqalına aydınlıq gətirdi - AÇIQLAMA

6.10.2022 21:50 355
Premyer-liqa / Manşet
Fərqli idman protallarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının yataqxanasının otaqlarının "Səbail"in legionerlərinə verildiyi iddia olunurdu.

Bu üzdən yataqxanada yer alan bütün oğlan tələbələrin ordan çıxarıldığı bildirilir. ASCO isə xəbərin həqiqəti əks etdirmədiyini açıqladı. Məsələni dəqiqləşdirmək üçün klubla əlaqə saxladıq. Mətbuat katibi Sənəm Fərhadlı "Football-plus.az" saytına bunları söylədi:

"Bu xəbərlər dezinformasiyadı, tam yalandı. Bizim legionerlər müqavilə bağlanandan sonra bazada qalırdı. Ailələri gələndən sonra isə kirayə evlər tutuldu. Bir sözlə, bu xəbərlər həqiqəti əks etdirmir".


ŞAİR ABDULLA