ASCO "Səbail”in legionerləri ilə bağlı iddialara aydınlıq gətirdi

6.10.2022 13:32 349
Premyer-liqa
Bəzi KİV-lərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının yataqxanasından oğlan tələbələrin hamısının çıxarılması, otaqların isə “Səbail” Futbol Klubunun legioner üzvlərinə verilməsinə dair yayılan məlumat həqiqəti əks etdirmir.

Football-plus.az xəbər verir ki, bu barədə ASCO-nun yaydığı məlumatda qeyd edilib:

"ASCO olaraq bildiririk ki, ADDA-nın yataqxanası ümumilikdə 312 yerlikdi. Hazırda burada 292 nəfər tələbə yaşayır. Yay aylarında dərs olmadığı müddətdə adıçəkilən klubun legioner oyunçuları yox, 20 nəfər uşaq futbol komandasının üzvləri yataqxanada müvəqqəti yerləşdirilmişdi.

Yeni tədris ilinin başlanması ilə əlaqədar rəhbərliyin tapşırığına uyğun olaraq “Səbail”in Uşaq Futbol Akademiyasının üzvlərinin yataqxanadan çıxarılması prosesinə başlanılıb. Yaxın günlərdə 20 yerə də müraciətlərə uyğun tələbələr yerləşdiriləcək".

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul