Dortmund “Borussiya”sını tərk edən Mats Hummelsin Almaniya xaricindən bir sıra təkliflər aldığı məlum idi.
Amma o, çıxışını vətənində davam etdirə bilər. “Kicker” nəşrinin yaydığı xəbərə görə, o, hazırda “Bayer-04” ilə danışıq aparır. Leverkuzen klubunun müdafiə xəttini təcrübəli futbolçu ilə gücləndirmək istədiyi bildirilib.
Qeyd edək ki, 35 yaşlı Mats karyerası ərzində “Bavariya”da və “Borussiya”da çıxış edib.