Hummelsin ikiillik həsrəti başa çatdı

13.10.2023 18:57 223
Dünya futbolu
Mats Hummelsin ikiillik həsrəti sona çatıb. Onu Yulian Naqelsmann sevindirib.

“Football-plus.az” xəbər verir ki, Almaniya yığmasının yeni baş məşqçisi təcrübəli futbolçudan qarşıdakı oyunlarda yararlanmağı lazım bilib. Bundestim oktyabrın 14-də ABŞ, 18-də isə Meksika ilə yoldaşlıq matçı keçirəcək. Hummels snuncu dəfə milli formada AÇ-2020-nin final mərhələsində görünüb. Bu turnir pandemiya səbəbindən 2021-ci ilin yayında keçirilib. Başqa sözlə, Dortmund “Borussiya”sının 34 yaşlı oyunçusu iki ildən sonra yenidən bundestimdə oynamaq şansı qazanıb. Yeri gəlmişkən, DÇ-2014-ün qalibi 2010-cu ildən çıxış etdiyi milli formada 76 oyuna 5 qol vurub.