Dortmund “Borussiya”sını tərk edən Mats Hummels karyerasını İtaliyada davam etdirəcək.
Tanınmış insayder Nikolo Şkiranın məlumatına görə, 35 yaşlı müdafiəçi “Roma” ilə razılaşııb. Tərəflər yaxında 1 illik müqavilə imzalayacaqlar.
Xatırladaq ki, Hummels “Borussiya”dan bu ay ayrılıb. “Bavariya”nın yetirməsi olan futbolçu ümumilikdə 13 il “Borussiya”da çıxış edib.