Maksim Medvedev “Qarabağ”a qayıdır? – “Danışıqlar gedir”

4.07.2024 10:45 1 207
Ölkə futbolu / Manşet
Ötən mövsümün ardından karyerasını bitirən Maksim Medvedevin “Qarabağ” akademiyasında məşqçi işləyəcəyi deyilsə də, belə olmadı.

Sabiq kapitan bir neçə gün öncə bu barədə sualımıza “hələ məşqçilik üçün tezdi, oxuyacam” cavabını vermişdi. Lakin Ağdam klubu onun fəaliyyətində çox maraqlıdı. Bu üzdən Medvedevə yeni təklif göndərib. Maksimə U-14 komandasında Samir Musayevə kömək etmək təklif olunur. Doğrudanmı Maksim məşqçilik edəcək? Onun “Football-plus.az”a cavabı:

“Akademiya məsələsi ilə bağlı danışıqlar gedir. Yəni 100 faizlik qərar deyil, hər şey sual altındadı. Planımda oxumaq var və oxuyacam. Sadəcə, hazırda heç nə dəqiq deyil”.

RÖYANƏ OĞUZ