MLS-də yeni mövsümün ilk turunun ən yaxşı oyunçusu seçilib.
Bu nominasiyanın qalibi Kristian Benteke olub. “Di Si Yunayted”in hücumçusu “Nyu İnqlənd” ilə matçda komandasının 3:1 hesablı qələbəsində het-trik etməklə böyük rol oynayıb.
Qeyd edək ki, 33 yaşlı belçikalı futbolçu daha əvvəl İngiltərədə “Aston Villa”, “Liverpul” və “Kristal Pelas”da çıxış edib. Onun milli komandada 45 oyuna 18 qol vurduğunu da xatırladaq.