Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, UEFA-nın saytında keçirilən sorğuda bu ada “Frayburq”un oyunçusu Mixael Qreqoriç layiq görülüb. O, “Olimpiakos”la matçda (5:0) het-trik və bir məhsuldar ötürmə ilə rol oynayıb.
29 yaşlı avstriyalı hücumçu digər namizədlər Kristian Eriksen (Molde), Kodi Qakpo (Liverpul) və Pyer-Emerik Obameyanqı (Marsel) qabaqlayıb.