Avropa Liqasında mövsümün ən yaxşı oyunçusu müəyyənləşib.
UEFA-nın məlumatına görə, bu nominasiyada Pyer-Emerik Obameyanq qalib gəlib. “Marsel”in hücumçusu mövsüm ərzində meydana çıxdığı 13 oyunda 10 qol vurmuş və 3 məhsuldar ötürmə etmişdi. Qabonlu futbolçu Avropa Liqasının ən yaxşı bombardiri və “qol+ötürmə” üzrə ən məhsuldar oyunçusu olmuşdu.
Xatırladaq ki, Obameyanqın komandası yarımfinalda turnirin qalibi “Atalanta”ya uduzmuşdu (1:1, 0:3).