Ölkə çempionu imza günü keçirəcək

2.07.2024 21:36 309
Premyer-liqa
"Qarabağ"ın futbolçularının imza mərasimi olacaq.

“Football-plus.az” xəbər verir ki, iyulun 4-də saat 18:30-dan 20:30-dək "Qarabağ"ın Park Bulvar AVM-də yerləşən fan-şopunda Bəhlul Mustafazadə, Abdullah Zubir, Musa Qurbanlı, Olavio Juninyo və Kevin Medina ilə birlikdə imza mərasimi keçiriləcək.