"Qarabağ" iştirak ərizəsini UEFA-ya təqdim etdi

1.03.2024 18:05 268
Manşet / Avropa Liqası
"Qarabağ" Avropa Liqasının 1/8 final mərhələsində "Bayer 04"lə qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, ağdamlılar həmin cütün oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Qurban Qurbanov 22 futbolçunun adını iştirak ərizəsinə daxil edib. Onlardan 21-i A, 1-i B siyahısında yer alıblar:

Qapıçılar - Luka Quqeşaşvili, Amin Ramazanov, Andrey Lunyov;

Müdafiəçilər - Mateus Silva, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev;

Yarımmüdafiəçilər - Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Leandro Andrade, Redon Cica, Aleksey İsayev, Toral Bayramov, Patrik Andrade;

Hücumçular - Hamidu Keyta, Olavio Juninyo, Nəriman Axundzadə;

Qeyd edək ki, "Qarabağ" "Bayer 04" ilə martın 7-də Bakıda, 14-də isə Leverkuzendə qarşılaşacaq.