“Qarabağ” Avropa Liqasının 4-cü turunda “Bayer-04”ü qonaq edəcək.
Təmsilçimizin heyətində ciddi itkilər var. Mateus Silva zədəlidi. Düzdü, müdafiəçi artıq sağalmaq üzrədi. Andrey Lunyov da böyük ehtimalla ilk “11-lik”də yerini alacaq. Düşünmək olar ki, cümə axşamı “Qarabağ” aşağıdakı heyətlə meydana çıxacaq: Andrey Lunyov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Kevin Medina, Marko Veşoviç, Julio Romao, Marko Yankoviç, Abdulla Zubir, Yassin Benzya, Leandro Andrade, Olavio Juninyo.
İLKİN SULTANLI