“Qəbələ”dən “Farense”yə üz tutdu

30.06.2024 20:25 261
Dünya futbolu
Bu ilin may ayında "Qəbələ"dən ayrılan Lukas Afrikonun yeni klubu bəlli olub.

“Football-plus.az” xəbər verir ki, 29 yaşlı mərkəz müdafiəçisi Portuqaliyanın yüksək liqa təmsilçisi "Farense" klubuna keçib.

Braziliyalı futbolçu ötən yay Portuqaliyanın “Eştoril” klubundan “Qəbələ”yə keçmişdi. O, "qırmızı-qaralar"da 35 oyun keçirib və 1 qol vurub.