Braziliyalı müdafiəçi Azərbaycan premyer-liqasında çıxış edə bilər - İDDİA

6.07.2022 10:57 1 650
Premyer-liqa / Manşet
Eduardo Mança karyerasını Azərbaycanda davam etdirə bilər.

"Football-plus.az" xəbər verir ki, Portuqaliyanın “Farense” klubunun üzvü ilə adı çəkilən ölkədən “Aruka”, “Boavişta” və Yaponiya, İsrail, Fransa, Azərbaycan klubları maraqlanır. Bu barədə “vavel.com” saytı məlumat yayıb.

Müdafiəçini transfer etmək istəyən premyer-liqa klubunun adı açıqlanmayıb.

Qeyd edək ki, braziliyalı futbolçu "Farense" ilə 43 oyunda 3 qolla yadda qalıb.