"Şamaxı"dan ayrılan futbolçunun yeni klubu bilindi

14.07.2022 12:04 406
Dünya futbolu
"Şamaxı" ilə yollarını ayıran Merab Qiqaurinin yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi ölkəsinin "Torpedo" klubuna keçib. 29 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qiqauri 2019-cu ilin yayında "Torpedo"dan "Qəbələ"yə keçmişdi. O, 2021-ci ilin iyulunda "Şamaxı" ilə 1 illik müqaviləyə imza atmışdı.