“İmişli”nin yeni baş məşqçisi müəyyənləşdi

28.06.2024 10:43 386
Ölkə futbolu
1-ci liqada mübarizə aparan “İmişli”nin yeni baş məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, komanda Fərid Namazova tapşırılıb.

O, karyerası ərzində “Səbail” və “Qarabağ”da, həmçinin U-19 milli komandamızda məşqçi kimi çalışıb. Namazov AFFA və UEFA-nın lisenziya kurslarında təlimatçı kimi də fəaliyyət göstərib.

Qeyd edək ki, son mövsümü 1-ci liqada dördüncü pillədə başa vuran “İmişli” bir müddət əvvəl baş məşqçi Əsgər Abdullayevlə yollarını ayırıb.