• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yumşaq “Sabah” və sərt üsyankarlar - KÖŞƏ

Premyer-liqa / Yazarlar

27-06-2024, 19:0

2022/23 “futbol ili” bitəndən sonra “Sabah”da xaotik durum yaranmışdı.

Bu il olduğu kimi, onda da Konfrans Liqasına vəsiqə qazanan “bayquşlar” heyətlə bağlı dəyişikliklər mövzusunda “sirli qutu” təsiri bağışlayırdı. Sonradan bəlli oldu ki, sən demə, ümumi mənzərə “fırtınaöncəsi sakitlik” imiş. Yox, yay “transfer pəncərəsi”ndə komandada xeyli ayrılıq olmadı. Sadəcə, Aleksey Kaşukla Coy-Lens Mikelsin gözlənilməz ayrılığı kollektivi xeyli zəiflətdi. “Qol silahları”nı itirən “tələbələr” dərhal xeyli oyunçu tranfser etdi ki, onların bir-birinə uyğunlaşması, özlərini yaxşı tərəfdən göstərməsi uzun zaman aldı. Masazır təmsilçisi bu mənada qış “transfer pəncərəsi”ndə də sürprizlə qarşılaşdı. Daha bir aparıcı oyunçunun ayrılması, daha dəqiq desək, Aleksey İsayevin “Qarabağ”a keçidi komandanın onurğa sütununu da parçaladı. Hadisələrin ötən mövsümdəki axarı “bayquşlar”ın avrokuboklardan kənarda qalmaq təhlükəsiylə üzləşməsinə qədər uzandı. Hələ Murad Musayevin dövründə yaşananları demirəm. Hər halda, bu barədə dəfələrlə danışdığımız üçün ehtiyac yoxdu. Qısası, “Sabah”ın problemləri mütəmadi xarakter daşıyır.
Bu günə qayıtsaq, eyni mənzərənin şahidi olacağımıza şübhə yoxdu. Yeni bəzi məsələlər var ki, kollektivlə bağlı idarəçilikdə ciddi səhvlərin olduğuna işarədi. Birincisi Jarl Marqarita ilə bağlıdı. “Tələbələr”in ötən mövsümün əvvəlində transfer etdiyi 24 yaşlı sağ cinah müdafiəçisiylə bağlı bilgilər xoşagələn deyil. Biz hansısa iddiadan və ya etibarlı mənbədən əldə etdiyimiz məlumatdan danışmırıq. Söhbət “Sabah”ın məşqçisi Saşa Sablyakın Xorvatiyanın məşhur “cityportal.hr” nəşrinə dediklərindən gedir. Qəzetimizin ötən sayında yazdığımız kimi, Marqarita məşqlərdə qeyri-etik davranışlara yol verdiyindən komandadan uzaqlaşdırılıb! Məsələni dəqiqləşdirmək məqsədilə klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıqda məlum oldu ki, legioner hələ də komandanın üzvüdü. Görünür, klub müqavilə müddəti 2027-ci ilin yayında bitəcək futbolçunun əvəzedicilər liqasında “dərsini alacağını” düşünür. Düzdü, ümumi təcrübəyə əsasən, belə cəzaların müəyyən faydası müşahidə olunur. Lakin “Sabah”ın bunu nə dərəcədə bacaracağı sual altındadı.

İkinci məqam Davit Volkovla bağlıdı. 29 yaşlı mərkəz hücumçusu karyerasına sabiq komandası “Zirə”də davam edəcək. Ona həm uğurlar arzulamağa, həm də məqsədinə çatdığına görə təşəkkür etməyə dəyər. Çünki gürcüstanlı yanvardan bəri “qartallar”ın formasını geymək eşqi ilə alışıb-yanırdı. Buna imkan verməyən “Sabah”ı “küncə sıxıb” arzusuna çatdı. Volkovun “Qəbələ”ylə matçda aldığı qırmızı vərəqə bir çox suala aydınlıq gətirdi. Ümumiyyətlə, onun davranışlarının “buraxın, gedim!” sözündən başqa tərcüməsi ağla gəlmir. Beləcə Coy-Lens Mikelsin etdiyini başqa dildə təkrarlayan hücumçu “bayquşlar”ın komandayla bağlı “yumşaqlığını bir daha gün üzünə çıxardı. Görəsən, növbəti üsyankar kim olacaq?

Bilindiyi kimi, “Sabah” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Hayfa “Makkabi”siylə qarşılaşacaq. Rəqibin gücü və səviyyəsi bəllidi, şübhəsiz, “bayquşlar”dan üstündülər. Krunoslav Renduliçin məsələylə bağlı açıqlamasından da bilinir ki, püşk xəyal qırıqlığıyla nəticələnib. Bu öz yerində. İş orasındadı ki, problem bununla bitmir. Kollektiv güclənmək niyyətində deyil. Saşa Sablyakın dediyinə görə, “tələbələr” ötən mövsümdə transferlərlə bağlı xeyli xərcə düşdüyündən bu dəfə “transfer pəncərəsi”ndən istənilən kimi yararlanmaq mümkün olmayacaq. Kollektivin komplektləşdirilməsiylə bağlı sükutun əsas səbəbi də məzh budu. Bəs necə olacaq? Allah uzaq etsin. Komanda elə ilk mərhələdə mübarizəni dayandırsa, sadəcə, Renduliçi top-tüfəşglə qarşılayacağıq? Mən belə etməyəcəm. Ona görə ki, “Sabah”ın əsas sindromu göz önündədi. Rəhbərlik futbolçularla bağlanılan müqavilələrin müddətində tələskənliyə, şərtlərlə bağlı diqqətsizliyə yol verirsə, məsuliyyətin bölünməsi labüddü. Digər tərəfdən, futbolçuların nazıyla oynamaq fayda verməyəcək. “Gedəni saxlamaq olmaz” deyiblərsə, ənənəvi məsələ boyun əymək lazımdı. Məhz bu mövzuyla vaxtında addım atılmadıqca, müqavilə şərtləri tənzimlənmədikcə Mikels, Volkov, Marqarita nümunələri artacaq. Üsyankarlar haqsızdısa, cəzalar yumşaq olmamalıdı...

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

11-06-2024, 11:0

“İsayev Marko Yankoviç deyil” - Menecer Alekseyin gözdən düşməsini belə izah etdi

Aktual / Ölkə futbolu

5-01-2024, 14:0

"Qarabağ" Alekseyi heyətinə qatmaqla bir gülləylə bir neçə quş vurdu” – menecerden şərh

Manşet / Yazarlar

5-01-2024, 12:0

Baş məşqçi təslim oldu, rəhbərlik qazandı, "Sabah" dünəndə qaldı… - YAZI

Ölkə futbolu / Manşet

25-06-2024, 13:0

“Sabah”da vacib iclas: Renduliçdən Qurbanovu “devirmək” tələb edildi

Premyer-liqa / Manşet

1-09-2022, 21:0

“Sabah” Murad Musayevin arzusunu yerinə yetirəcək? - AÇIQLAMA

Ölkə kuboku / Manşet

6-01-2024, 10:0

“İnşallah, ölkə kubokunun qalibi olub Avropaya vəsiqə qazanarıq” – “Sabah” azarkeşi ilk “3-lük”dən əlini üzüb

Aktual
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
Son xəbərlər
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Dünən, 18:00
    Şimali Amerikaya yollandı
  • Dünən, 17:32
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Dünən, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Dünən, 15:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Dünən, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Dünən, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Dünən, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Dünən, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Dünən, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Dünən, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Dünən, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Dünən, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Dünən, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Dünən, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 06:28
    Cəlalın komandası qalib gəldi
  • 9-08-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 9-08-2026, 22:0
    Romadan Milana üz tuta bilər
  • 9-08-2026, 22:0
    "Səbail" 4 legioner transfer etdi
  • 9-08-2026, 21:0
    Klubu ilə yenidən anlaşdı
  • 9-08-2026, 21:0
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • 9-08-2026, 20:0
    Rahil Məmmədov "Turan Tovuz"da
Daha çox
Oxunub: 275
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 100
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə