"Hatayspor" Zubiri transfer edib-etməyəcəyini açıqladı - idman direktoru belə dedi

25.06.2024 22:41 4 380
Dünya futbolu / Manşet
“Qarabağ"ın aparıcı futbolçularından biri, son 6 ildə bu komandanın formasını geyən Abdulla Zubir ilə bağlı müəmma qalmaqdadı.

Fransalı vinger nəzərdə tutulan vaxtda, yəni iyunun 18-də Ağdam klubunun düşərgəsində görünməyib. Onun Səudiyyə Ərəbistanı və Fransa ilə yanaşı, Türkiyə klublarının maraq dairəsinə düşdüyü də deyilir. Hətta son mövsümdə superliqada yerini çətinliklə qoruyan "Hatayspor"un adı çəkilir.

Bəs bu variant nə dərəcədə doğrudu? Bu sualla vaxtilə "Qəbələ"nin baş məşqçisi olmuş, hazırda "Hatayspor"da idman direktoru vəzifəsində çalışan Fatih Kavlaka müraciət etdik:

"Transfer bizim üçün gizli bir mövzudu. Təəssüf ki, bu üzdən Zubirlə bağlı variantın doğru və ya yanlış olmasıyla bağlı cavab verə bilmirəm".

GÜNAY SÜLEYMANOVA