Transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, almaniyalı vinger Coy-Lens Mikelslə "1+1" illik müqavilə bağlanıb.
Mikels daha öncə, 2021-23-cü illərdə də “Sabah”ın uğurları üçün çalışmış, ötən yay Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna transfer edilmişdi. Futbolçu komandaya azad agent kimi qoşulub.
“Sabah”da keçirdiyi 69 oyunda 33 dəfə fərqlənən Mikels klubun heyətində ən çox qol vurmuş futbolçudu.
"Bakılı balası" qayıtdı - Mikels yenidən “Sabah”da
Ölkə futbolu





