Mikels yenə Bakıya gəlir

2.10.2023 19:30 8 171
Premyer-liqa / Manşet
Mövsüm başlamamış - “Sabah”ın vacib avrokubok oyunları ərəfəsində Masazır təmsilçisini tərk edərək Səudiyyə Ərəbistanının “Əl-Faysal” klubuna yollanan Coy-Lens Mikels haqda yeni xəbər var.

“Futbol+”ə daxil olan bilgiyə görə, 29 yaşlı almaniyalı hücumçu Azərbaycana gələcək. Hətta Mikelsin paytaxtımıza təşrif buyuracağı tarix də məlumdu. O, oktyabrın 4-də Bakıda olacaq. Ölkəmizə bağlılığı ilə diqqəti çəkən oyunçunun paytaxtda şəxsi mənzili da var. Onun bu səfəri səyahət məqsədi ilə olacaq.

CAVİD ƏLİYEV