Belədə Borisovla əlaqə saxlayıb son durumu və bundan sonrakı taleyi haqda məlumat almağı lazım bildik. Onun "Football-plus.az"a söylədikləri:
"Bəli, müqaviləmin müddəti bitib. Hazırda xarici ölkələrdən birində istirahət edirəm. Mənimlə hələ ki hansısa danışıq olmayıb. Çox güman, gələn həftə AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək və həmin toplantıda mənlə bağlı da qərar veriləcək. Yalnız bundan sonra karyeramla bağlı nəsə danışa bilərəm. Hazırda gözləmə mövqeyindəyəm".
Xatırladaq ki, Borisov ötən ilin iyunundan sözügedən vəzifələri icra edirdi.
KƏNAN BAHADIR





