AFFA İcraiyyə Komitəsinin iclası da Gəncədə keçiriləcək?

9.01.2024 19:21 302
Ölkə futbolu / Manşet
Bildiyiniz kimi, yanvarın 11-də Gəncədə Futbol Akademiyasının və “Kəpəz”in bazasının açılış mərasimi keçiriləcək.

Mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayevlə yanaşı, qurumun İcraiyyə Komitəsinin üzvləri də iştirak edəcək. Maraq doğuran məqam budu ki, AFFA İcraiyyə Komitəsinin iclası da yaxın günlərdə keçirməliydi. Güman olunur ki, həmin iclas akademiyanın açılışından əvvəl, elə Gəncə şəhərində baş tutacaq. Artıq sabah AFFA-nın saytında İcraiyyə Komitəsinin iclasıyla bağlı elan yerləşdirilməsi gözlənilir.

KAMAL SƏFƏR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul