"Qəbələ" - "Fehervar" oyununun biletləri satışa çıxarıldı

20.07.2022 14:07 583
Konfrans Liqası
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi cavab oyunları çərçivəsində iyulun 28-də keçiriləcək "Qəbələ" - "Fehervar" matçının biletləri satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, xəbər verir ki, biletlərin qiymətləri sektorlara görə 2,3 və 10 manat təşkil edir.

Biletləri "Qəbələ Hotel"də yerləşən fan-şopumuzdan və Qəbələ şəhər stadiondan əldə edə bilərsiniz.

"Qəbələ" Macarıstan klubu ilə ilk oyunu sabah səfərdə keçirəcək.