"Şamaxı"dan növbəti transfer

15.06.2024 22:23 396
Ölkə futbolu
“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi Rafael Məhərrəmli transfer edilib. Məhərrəmli ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Şamaxı" bu gün Adil Nağıyevi də heyətinə qatmışdı.