Almaniya klubunda yeni müqavilə

11.03.2024 14:00 148
Dünya futbolu
Sebastyan Höness “Ştutqart”ı daha uzun müddət çalışdıracaq.

Almaniya klubu baş məşqçi ilə müqaviləni yeniləyib. 41 yaşlı mütəxəssisin yeni sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdi. Onun əvvəlki müqaviləsi 2025-ci ilin yayında qüvvədən düşəcəkdi.

Höness komandanı 2023-cü il aprelindən çalışdırır. “Ştutqart” hazırda bundesliqada 24 oyuna 50 xalla 3-cü yeri tutur.