Kroos Xavinin bir rekordunu yenilədi, o biri rekoduna yaxınlaşdı

20.06.2024 22:50 305
AÇ
''Real''ın heyətində saysız-hesabsız titullar qazanaraq klub karyerasını başa vuran Toni Kroos Almaniya yığmasının heyətində iştirak etdiyi son turnirdə - AÇ-2024-də inamlı oyununu davam etdirir.

“Football-plus.az” xəbər verir ki, Almaniya qrupun 2-ci oyununda Macarıstanı 2:0 məğlub etməklə pley-offa vəsiqə qazanan ilk komanda oldu. Kroos qollarda yaxından iştirak etməsə də, ötürmələri ilə yenə ön plana çıxmağı bacardı. Ünlü yarımmüdafiəçi 90 dəqiqə ərzində meydanın rəqibə aid hissəsində 99 ötürmə verdi. Bu, AÇ-də iştirak edən futbolçular üçün yeni rekorddu. Əvvəlki rekord Xaviyə məxsus idi. İspaniyanın əfsanəvi yarımmüdafiəçi AÇ-2012-də İrlandiya ilə oyunda meydanın rəqibə aid hissəsində 96 ötürmə vermişdi. Ümumilikdə Kroos macarlarla qarşılaşmanı 124 dəqiq ötürmə ilə tamamladı. Bu isə AÇ tarixində 2-ci ən yaxşı göstəricidi. Xavi yuxarıda qeyd etdiyimiz qarşılaşmanı 127 dəqiq ötürmə ilə tamamlamışdı.

ƏLİ