Toni Kroos fikrini dəyişib. 2021-ci ildə Almaniya yığmasındakı karyerasını başa vuran futbolçu yenidən nilli formanı geyəcək.
“Football-plus.az” xəbər verir ki, “Real”ın yarımmüdafiəçi bunu özü açıqlayıb:
“Martdan yenidən milli formanı daşıyacağam. Niyə, ona görə ki, bunu məndən komandanın baş məşqçisi xahiş edib. Mən hazıram. Fikrimcə, bu yay keçiriləcək Avropa çempionatında çoxlarının düşündüyünün əksinə, çox yaxşı nəticə əldə edə bilərik”.
34 yaşlı futbolçu martda Almaniya yığmasının keçirəcəyi yoldaşlıq oyunlarda iştirak edəcək. Bundestim gələn ay iki dəfə Fransa ilə, sonra isə Niderlandla qarşılaşacaq. Onu da qeyd edək ki, Toni 2010-21-ci illər ərzində bundestimin heyətində keçirdiyi 106 matçda 17 qol vurub və 19 məhsuldar ötürmə verib.