Pley-off mərhələsinin hər iki oyununda “Cəbrayıl”a uduzan “Araz Saatlı” 1-ci liqanı tərk etdi.
Bəs görəsən, komanda növbəti mövsüm 2-ci liqada çıxış edəcəkmi? Klubun dağılma təhlükəsi varmı? Bu sualları “Araz Saatlı”nın prezidenti Ədalət Abdullayevə ünvanladıq. Onun "Football-plus.az"a söylədikləri:
"Klubun dağılması müzakirə mövzusu ola bilməz. Biz hələ yeni başlayırıq. Yeni baza, yeni ümidlər və hədəflər. 2-ci liqaya düşmək ağır və arzuolunmaz olsa da, faciə deyil. Uğursuz və şanssızlıqlar ilə dolu mövsüm keçirdik. Təcrübə topladıq və dərs çıxarılması xeyli şeylər yaşadıq. Yenidən gücümüzü toplayıb davam edəcəyik".
GÜNAY SÜLEYMANOVA