“Zirə”nin Avropa Liqasındakı rəqibi “Şerif” olub.
“Football-plus.az” xəbər verir ki, moldovalıların baş məşqçisi Yuriy Hura püşkü dəyərləndirib:
“Azərbaycan təmsilçisi “Zirə” mümkün rəqiblər arasında ən çətinlərindən biri idi. Avropada zəif rəqib yoxdu. “Zirə” çox yaxşı təşkilatlanmış komandadı. Öz çempionatında az qol vurub, az top buraxır. Rəqib haqqında daha çox məlumat toplamağa çalışacağıq. İndi səfər qələbəsi rol oynamır. Bu baxımdan ilk görüşün harada olmasının heç bir əhəmiyyəti yoxdu”.
Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 11-də Tiraspolda olacaq.