İspaniya klubunda yeni təyinat

28.05.2024 23:30 133
Dünya futbolu
“Osasuna”nın yeni baş məşqçisi məlum olub.

“Football-plus.az” xəbər verir ki, İspaniya klubunun rəsmi saytının məlumatına görə, komanda Visente Morenoya həvalə olunub. 49 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Morenonun sonuncu klubu “Almeriya” olub. O, bu komandadan ötən ilin sentyabr ayında istefaya göndərilib.

“Osasuna” La Liqanın son mövsümünü 45 xalla 11-ci yerdə başa vurub. Baş məşqçi Yaqoba Arrasate ilə müqavilə yenilənməyib.