• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça”nı çempion edən məşqçi 1-ci liqada işləyəcək

Dünya futbolu

9-06-2024, 22:0

Bəzi Türkiyə klubları ilə bağlı məşqçi xəbərləri var.
“Football-plus.az” xəbər verir ki, elitanı tərk edən “Ankaragücü” Əmrə Belözoğlu ilə yollarını ayırmışdısa, eyni addımı “Pendikspor” da atdı. Tarixində ilk dəfə iştirak etdiyi superliqanı 19-cu pillədə tamamlayan İstanbul təmsilçisi İbrahim Üzülməzlə vidalaşmaq qərarına gəlib. Üzülməzin “Pendikspor” macərası cəmi 11 oyun çəkib. Amma “Qaziantep” və “Çaykur Rizəpor” indiki məşqçilərlə yola davam etməyə qərar veriblər. Antep təmsilçisi martın əvvəllərində Səlcuk İnanla anlaşmışdı. 39 yaşlı mütəxəssis qarşısına qoyulan hədəfə çataraq komandanı elitada saxlamağı bacardı. Bu üzdən “Qaziantep” rəhbərliyi dəyişikliyə ehtiyac görməyib. Eyni şəkildə “Çaykur Rizəspor” da İlhan Palutla birillik yeni müqavilə imzalayıb. Rizə təmsilçisi ötən mövsüm bir ara hətta 5-ci pilləyə qədər yüksəlmiş və avrokuboklara vəsiqəyə iddia etmişdi. Amma komanda sonda mövsümü 9-cu pillədə başa vurdu. İlhan Palut 2023/24-də superliqada bir klubun başında əvvəldən sona qədər tab gətirən cəmi 4 məşqçidən biri oldu. Palutdan başqa Okan Buruk “Qalatasaray”da, İsmayıl Kartal “Fənərbaxça”da və Volkan Dəmirəl “Hatayspor”da əvvəldən sona qədər çalışa bildi.

Bu arada Türkiyədə ən diqqətçəkən məşqçi təyinatı “Amedspor”da yaşanıb. 2-ci liqanı, yəni 3-cü divizionu çempion kimi tamamlayaraq tarixində ilk dəfə 1-ci liqaya yüksələn Diyarbəkir təmsilçisi ölkənin ən tanınmış mütəxəssislərindən olan Ərsun Yanalla anlaşıb! 62 yaşlı çalışdırıcı ilə “1+1” illik müqavilə imzalanıb. “Amedspor” Yanaldan öncə digər təcrübəli məşqçi Rza Çalımbaya da təklif göndərmişdi. Amma tərəflər son anda anlaşa bilməmişdilər. “Amedspor”un prezidenti Əziz Elaldı Yanala tərif yağdıraraq onun fəlsəfəsinin komandasının fəlsəfəsi ilə üst-üstə düşdüyünü vurğulayıb. O “əldə etdiyi uğurlar, qazandığı titullar, yetişdirdiyi ulduzlar və məşqçilərlə futbolumuzda hər zaman xüsusi çəkisi olan Yanal ilə başladığımız bu yeni yolun həyəcanını yaşayırıq” açıqlamasını verib. Qeyd edək ki, “Dənizlispor”, “Ankaragücü”, “Gənclərbirliyi”, “Manisaspor”, “Trabzonspor”, “Əskişəhərspor”, “Fənərbaxça”, “Antalyaspor” və Türkiyə yığmasını çalışdırmış Yanal son olaraq ötən mövsümün gedişində “Alanyaspor”da işləmişdi. Amma onun bu klubdakı macərası cəmi iki ay çəkmiş və Yanal 2023-ün aprelin 19-da istefaya göndərilmişdi. Tanınmış məşqçi geridə qoyduğumuz mövsüm şərhçi kimi fəaliyyət göstərərək “Bein Sports”da işləmişdi. Ərsun Yanalın karyerasının ən böyük uğuru 2013/14-də “Fənərbaxça” ilə qazandığı superliqa çempionluğudu. Bu, həm də “sarı-lacivərdlilər”in indiyə qədər qazandığı son çempionluqdu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-06-2024, 22:0

“Fənərbaxça”nı çempion edən məşqçi 1-ci liqada işləyəcək

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

7-03-2024, 21:0

“Qaziantep”də Şumudika dönəmi başa çatdı

Dünya futbolu / Reportaj

12-06-2023, 12:0

“Pendikspor” tarixində ilk dəfə superliqada oynayacaq - REPORTAJ

Dünya futbolu

7-09-2023, 12:0

Superliqada istefa sayı artdı

Dünya futbolu

2-06-2024, 18:0

Əmrə Belözoğlu elitada saxlaya bilmədiyi klubdan ayrıldı

Aktual
“Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
“Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
Qurban Qurbanov Koxalskini ehtiyatda saxladı! – “Dinamo” üçün heyət açıqlandı
“Bu suala dəqiq cavabı çempionat vaxtı ala biləcəyik” – “Zirə”nin oyunları arasında 17 gün fasilə var!
Son xəbərlər
  • Bu gün, 14:02
    Niderland yığmasında yeni baş məşqçi
  • Bu gün, 13:56
    Premyer-liqada yeni mövsüm başlayır! - "Turan Tovuz" "Qəbələ"yə qarşı
  • Bu gün, 13:47
    Fidan Qurbanlı çıxışını 43-cü sırada başa vurdu - DÇ
  • Bu gün, 13:42
    "Xankəndi"də icraçı direktor vəzifəsinə təyinat - FOTO
  • Bu gün, 13:38
    "Baku Sportinq" 2-ci liqanın debütantına uduzdu
  • Bu gün, 13:35
    "Sumqayıt" Ronaldo ilə yeni müqavilə imzaladı
  • Bu gün, 13:29
    “Qarabağ”ın qələbəsi UEFA əmsalımızı artırdı
  • Bu gün, 13:24
    "Sabah" ABŞ-dən oyunçu transfer etdi
  • Bu gün, 13:22
    “Həm hücumda, həm də müdafiədə daha güclü “Turan Tovuz” izlədəcəyik” - “Bozqurd” Tovuza xüsusi qatarla döndü
  • Bu gün, 13:13
    “Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
  • Bu gün, 13:11
    “Məqsədimiz də, gözləntimiz də budu” - Musa Qurbanlı
  • Bu gün, 12:59
    ''Fənərbaxça'' bu qapıçı ilə birdəfəlik sağollaşdı
  • Bu gün, 12:40
    "Neftçi" və "Zirə" qalib gəldi - "Sabahın Ulduzları"
  • Bu gün, 12:36
    Üç boksçumuz qələbə qazandı - AÇ
  • Bu gün, 12:16
    “Müəyyən təkliflər, müəyyən planlar var” - Rüstəm Məmmədov yeni baş məşqçiyə uğur arzuladı
  • Bu gün, 11:55
    ''Fənərbaxça'' braziliyalı futbolçu ilə vidalaşdı
  • Bu gün, 11:40
    "Kəpəz" Nicatla yeni müqavilə imzaladı
  • Bu gün, 11:38
    "Tvente" - "Qarabağ" matçının başlama saatı açıqlandı
  • Bu gün, 11:33
    "Kəpəz"in hücumçusu "Zaqatala"ya keçdi
  • Bu gün, 11:31
    Millimiz Bosniya və Herseqovina ilə qarşılaşacaq
  • Bu gün, 11:28
    “Tam əla səviyyəyə çatmaq üçün iki oyunçuya ehtiyacımız var” - Tahir Gözəl
  • Bu gün, 11:27
    Masazırdakı dava ətrafında söz-söhbət böyüyür - "Orhus" "Sabah"ın bəyanatını təkzib etdi!
  • Bu gün, 11:23
    Yenidən Londonda qərar tutdu
  • Bu gün, 10:52
    İspaniyada klubunu dəyişdi
  • Bu gün, 10:00
    Dortmunddan Komoya yollandı
  • Bu gün, 01:09
    Murad Məmmədov gözəl qol vurdu, Mahir Emreli mərhələ adladı
  • Bu gün, 00:17
    "Qarabağ"ın növbəti rəqibi məlum oldu
  • Dünən, 23:56
    "Elvin üçün faydası varsa, tez-tez asfalta göndərərik" - Qurban Qurbanov
  • Dünən, 23:35
    "Fürsətlərdən yararlana bilmədik" - İvan Kostyuk
  • Dünən, 23:13
    "Sabah"ın "Tofiq Bəhramov" seçiminin əsl səbəbi - klub Masazırda hansı problemlə üzləşib?
  • Dünən, 22:30
    MY yeniyetmə futbolçu aldı
  • Dünən, 22:02
    "Qarabağ" Konfrans Liqasının pley-offunda! - YENİLƏNİB
  • Dünən, 21:11
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:35
    "Real”a yeni mövsümdə lazım olmadı
  • Dünən, 20:04
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 335
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 283
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 133
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə