• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça”nı çempion edən məşqçi 1-ci liqada işləyəcək

Dünya futbolu

9-06-2024, 22:0

Bəzi Türkiyə klubları ilə bağlı məşqçi xəbərləri var.
“Football-plus.az” xəbər verir ki, elitanı tərk edən “Ankaragücü” Əmrə Belözoğlu ilə yollarını ayırmışdısa, eyni addımı “Pendikspor” da atdı. Tarixində ilk dəfə iştirak etdiyi superliqanı 19-cu pillədə tamamlayan İstanbul təmsilçisi İbrahim Üzülməzlə vidalaşmaq qərarına gəlib. Üzülməzin “Pendikspor” macərası cəmi 11 oyun çəkib. Amma “Qaziantep” və “Çaykur Rizəpor” indiki məşqçilərlə yola davam etməyə qərar veriblər. Antep təmsilçisi martın əvvəllərində Səlcuk İnanla anlaşmışdı. 39 yaşlı mütəxəssis qarşısına qoyulan hədəfə çataraq komandanı elitada saxlamağı bacardı. Bu üzdən “Qaziantep” rəhbərliyi dəyişikliyə ehtiyac görməyib. Eyni şəkildə “Çaykur Rizəspor” da İlhan Palutla birillik yeni müqavilə imzalayıb. Rizə təmsilçisi ötən mövsüm bir ara hətta 5-ci pilləyə qədər yüksəlmiş və avrokuboklara vəsiqəyə iddia etmişdi. Amma komanda sonda mövsümü 9-cu pillədə başa vurdu. İlhan Palut 2023/24-də superliqada bir klubun başında əvvəldən sona qədər tab gətirən cəmi 4 məşqçidən biri oldu. Palutdan başqa Okan Buruk “Qalatasaray”da, İsmayıl Kartal “Fənərbaxça”da və Volkan Dəmirəl “Hatayspor”da əvvəldən sona qədər çalışa bildi.

Bu arada Türkiyədə ən diqqətçəkən məşqçi təyinatı “Amedspor”da yaşanıb. 2-ci liqanı, yəni 3-cü divizionu çempion kimi tamamlayaraq tarixində ilk dəfə 1-ci liqaya yüksələn Diyarbəkir təmsilçisi ölkənin ən tanınmış mütəxəssislərindən olan Ərsun Yanalla anlaşıb! 62 yaşlı çalışdırıcı ilə “1+1” illik müqavilə imzalanıb. “Amedspor” Yanaldan öncə digər təcrübəli məşqçi Rza Çalımbaya da təklif göndərmişdi. Amma tərəflər son anda anlaşa bilməmişdilər. “Amedspor”un prezidenti Əziz Elaldı Yanala tərif yağdıraraq onun fəlsəfəsinin komandasının fəlsəfəsi ilə üst-üstə düşdüyünü vurğulayıb. O “əldə etdiyi uğurlar, qazandığı titullar, yetişdirdiyi ulduzlar və məşqçilərlə futbolumuzda hər zaman xüsusi çəkisi olan Yanal ilə başladığımız bu yeni yolun həyəcanını yaşayırıq” açıqlamasını verib. Qeyd edək ki, “Dənizlispor”, “Ankaragücü”, “Gənclərbirliyi”, “Manisaspor”, “Trabzonspor”, “Əskişəhərspor”, “Fənərbaxça”, “Antalyaspor” və Türkiyə yığmasını çalışdırmış Yanal son olaraq ötən mövsümün gedişində “Alanyaspor”da işləmişdi. Amma onun bu klubdakı macərası cəmi iki ay çəkmiş və Yanal 2023-ün aprelin 19-da istefaya göndərilmişdi. Tanınmış məşqçi geridə qoyduğumuz mövsüm şərhçi kimi fəaliyyət göstərərək “Bein Sports”da işləmişdi. Ərsun Yanalın karyerasının ən böyük uğuru 2013/14-də “Fənərbaxça” ilə qazandığı superliqa çempionluğudu. Bu, həm də “sarı-lacivərdlilər”in indiyə qədər qazandığı son çempionluqdu.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

9-06-2024, 22:0

“Fənərbaxça”nı çempion edən məşqçi 1-ci liqada işləyəcək

Dünya futbolu

9-08-2023, 20:0

Türkiyə çempionatı - 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

7-03-2024, 21:0

“Qaziantep”də Şumudika dönəmi başa çatdı

Dünya futbolu / Reportaj

12-06-2023, 12:0

“Pendikspor” tarixində ilk dəfə superliqada oynayacaq - REPORTAJ

Dünya futbolu

7-09-2023, 12:0

Superliqada istefa sayı artdı

Dünya futbolu

2-06-2024, 18:0

Əmrə Belözoğlu elitada saxlaya bilmədiyi klubdan ayrıldı

Aktual
Bıçaqlanan Veysəl Rzayev “Kəpəz”dən maaş alır?
"Qarabağ"ın futbolçusunun gedəcəyi dəqiqləşib - iki klub arasında razılıq var
İntizam Komitəsi "Neftçi"ni cərimələdi və susdu...
Belə 2-ci liqa kimə lazımdı?! - bərbad infrastruktur, pulsuzluq, azarkeşsizlik...
“Sabah”la “Qarabağ” autsayderlərlə oyunda xal itirə bilər” – Arif Əsədov “Neftçi”yə daha çox inanır
“Sabah”ı kim və nə dayandıra bilər? - Aslan Kərimov deyir ki...
Son xəbərlər
  • Bu gün, 12:21
    Bıçaqlanan Veysəl Rzayev “Kəpəz”dən maaş alır?
  • Bu gün, 11:54
    Ozancanın komandası yenə uduzdu
  • Bu gün, 11:23
    Millimiz ABŞ-a qalib gəldi, finala yüksəldi
  • Bu gün, 10:52
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Bu gün, 10:31
    "Kolambus Kryu" uduzdu, Nəriman debüt edə bilmədi
  • Bu gün, 10:00
    Yevlaxda Qərb derbisi, "Qəbələ" "Neftçi"yə qarşı - YENİLƏNİR
  • Bu gün, 00:13
    "Qarabağ"ın futbolçusunun gedəcəyi dəqiqləşib - iki klub arasında razılıq var
  • Dünən, 23:33
    ''Fənər'' rəhbərliyi Tedesko ilə təcili toplantı keçirdi!
  • Dünən, 22:54
    Səudiyyə Ərəbistanında oynayan türkiyəli futbolçu əməliyyat olundu
  • Dünən, 22:13
    Rəşad Sadıqovdan Rəhim Həsənova etiraz: “Penalti verilsəydi, deyiləcəkdi penaltidi”
  • Dünən, 21:55
    Qurban Qurbanov U-20 millimizə təyinat alan portuqaliyalı məşqçi haqda fikir bildirdi
  • Dünən, 20:57
    "Düşünürəm ki, daha da yaxşısını edə bilərik" -Valdas Dambrauskas
  • Dünən, 20:23
    İntizam Komitəsi "Neftçi"ni cərimələdi və susdu...
  • Dünən, 20:18
    ''Neftçi''nin sabiq ulduzu İranın tərəfini tutdu, amerikalıların qəzəbinə tuş gəldi
  • Dünən, 19:48
    “Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
  • Dünən, 18:56
    "Zirə" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 18:54
    ÇL-də hansı komanda qələbəyə daha şanslıdı?
  • Dünən, 17:41
    Bellingem MS-yə qarşı oynaya biləcək?
  • Dünən, 17:13
    “Traktor”un yaranma ideyası bu məşhur azərbaycanlı yazıçının atasına məxsusdu!
  • Dünən, 15:52
    Zədəyə görə karyerasını başa vura bilər
  • Dünən, 15:21
    ÇL-də hamını arxada qoydu
  • Dünən, 14:50
    Yığmadakı 14 illik çıxışını başa vurdu
  • Dünən, 14:29
    "İmişli" - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 13:58
    Dünya çempionu yenidən “Atletiko”da
  • Dünən, 13:27
    ÇL-in yeni rekordçusu oldu
  • Dünən, 12:56
    ''Fənərbaxça''dan şok məğlubiyyət - Tarixi seriya autsayderlə oyunda bitdi
  • Dünən, 12:25
    Üzük taxdı, özünü təriflədi!
  • Dünən, 11:54
    Belə 2-ci liqa kimə lazımdı?! - bərbad infrastruktur, pulsuzluq, azarkeşsizlik...
  • Dünən, 11:23
    Nəriman Qomeşlə “Kolambus Kryu”nun stadionunu gəzdi
  • Dünən, 10:52
    Günün canlı yayınlanacaq oyunları - TV AFİŞA
  • Dünən, 10:31
    “Sabah”la “Qarabağ” autsayderlərlə oyunda xal itirə bilər” – Arif Əsədov “Neftçi”yə daha çox inanır
  • Dünən, 10:00
    ''Beşiktaş'' ''Fənər''li futbolçunu geri göndərəcək
  • Dünən, 00:13
    "Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm" - Saşa İliç
  • 13-03-2026, 23:0
    "Yaydan bir yerdə işləyəcəm" - Ayxan Abbasov
  • 13-03-2026, 22:0
    "Qarabağ"la "Neftçi" bir həftədə iki dəfə qarşılaşacaq!
Daha çox
Oxunub: 212
Qurban Qurbanov ona da qapını göstərdi! – Ramil Şeydayevin arxasınca...
Oxunub: 152
Böyüklərin davası başladı - KÖŞƏ
Oxunub: 152
“Qarabağ” daha topdağıtmaz qala deyil! – düşərgədən hər gün bir xəbər sızır
Oxunub: 124
“İmişli” Qubadakı stadionda gördüyü işləri açıqladı – premyer-liqa klubları zülmdən xilas olacaq?
Oxunub: 122
Bentu “Avai”yə qovuşdu, “Kəpəz”ə qəpik də ödənilmədi! – ay səni, dağın adını daşıyan klub…
Oxunub: 117
Ölkə kubokunun yarımfinal oyunlarının vaxtı dəyişə bilər! – “Qarabağ”la “Sabah” gözləyir
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə