Diniyevin komandası doğma meydanda uduzdu

25.11.2023 23:14 196
İdman
Türkiyənin 1-ci liqasında 13-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” bu turda “Boluspor”u qəbul edib.

Diniyev 1:2 hesabıyla məğlub olduqları bu oyuna start heyətdə başlayıb və sonadək oynayıb.

“Ümraniyəspor” hazırda 12 xalla 15-ci pillədə qərarlaşıb.