"Araz-Naxçıvan"ın yeni baş məşqçisi açıqlandı

23.09.2026 16:56 45
Ölkə futbolu
“Araz-Naxçıvan” Yuri Maksimovun baş məşqçi təyin olunduğunu rəsmən açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı mütəxəssislə anlaşma 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub. O, bu vəzifədə Cavid Hüseynovu əvəzləyib.

Bildirilib ki, məşqçilər heyətinə digər təyinatlarla bağlı əlavə məlumat veriləcək.

Maksimov müxtəlif illərdə “Vorskla”, “Dnepr-1”, “Polose”, “Taraz”, “Mordoviya”, “Metallurq”, “Krivbass”, “Obolon”, SSKA (Kiyev) komandalarında baş məşqçi vəzifəsində çalışıb. 58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə” (indiki “Şamaxı”) klubunun baş məşqçisi olub, Azərbaycan kubokunu qazanıb.