Florian Virtsin İngiltərə karyerasının qısa çəkəcəyi iddia olunur.
"Football-plus.az" xəbər verir ki, “Liverpul”un yarımmüdafiəçisi qışda klubunu tərk edəcək.
“Football Insider”in məlumatına görə, rəhbərlik 23 yaşlı futbolçu üçün gələcək təklifləri nəzərdən keçirməyə hazırdı. Florian isə vətəninə qayıtmaq və “Bavariya”ya keçmək istəyir. “Liverpul” qış “transfer pəncərəsi”ndə Virtsi buraxmaq istəməsə də, onun üçün gələcək təkliflərə baxmağa hazırlaşır.
Futbolçunu heyətində görmək istəyən klublar arasında “Çelsi” də göstərilir. Onun “zadəganlar”ın yeni baş məşqçisi Xabi Alonso ilə “Bayer-04”də birgə işlədikləri vaxtdan yaxşı münasibətləri var.
Yanvarda vətəninə qayıda bilər
Dünya futbolu






