Bəs bu qarşıdurma ilə bağlı fanklublar nə fikirləşir? Günahkar kimdi?
“Football-plus.az” bu suallara cavab tapmaq üçün “The Hunans” və “Qartal” fanklublarına müraciət edib. Tovuzluların fanklubunun idarə heyətinin üzvü Nicat Cəfərzadə:
“Son oyunda başverənləri yalnız “Zirə”nin avrokuboklara getməsi ilə əlaqələndirməyi doğru hesab etmirik. “Turan Tovuz” azarkeşlərində əsas narazılıq daha əvvəldən, xüsusilə ötən mövsüm Azərbaycan kubokunun yarımfinalında komandamızın əleyhinə verilən mübahisəli hakim qərarlarından sonra formalaşıb. Son oyun bitəndən sonra yaşanan gərginlik, futbolçular arasında yaranan mübahisə və daha sonra verilən açıqlamalar bu narazılığı yenidən gündəmə gətirdi. Meydanda belə emosional epizodların baş verməsi futbolda mümkündü, lakin hadisələri bütün kontekstdən ayıraraq yalnız “Turan Tovuz” tərəfinin üzərinə yönəltməyi düzgün hesab etmirik.
Rəşad Sadıqov özü də son açıqlamasında prosesin avrokubok məsələsindən əvvəl başladığını bildirib. Ölkə kubokunun yarımfinalındakı “Turan Tovuz” – “Zirə” oyunu azarkeşlər arasında daha ciddi narazılıq yaratmışdı. Burda söhbət, sadəcə, azarkeş emosiyasından da getmir, AFFA Hakimlər Komitəsinin sədri həmin oyunda Əliyar Ağayevin iki epizodda səhv qərar verdiyini rəsmi şəkildə açıqlayıb. Rəşad Sadıqovun azarkeşlərin klub rəhbərliyi tərəfindən yönəldilməsi ilə bağlı fikirlərinə gəlincə, bizim qrup müstəqil azarkeş qrupudu və kimə, hansı məsələyə etiraz edəcəyimizi özümüz müəyyənləşdiririk. Digər azarkeş qrupları ilə bağlı məlumatımız olmadığı üçün onların adından danışa bilmərik. Eyni zamanda, bəzi media orqanlarında başverənlərin “Turan Tovuz” əleyhinə birtərəfli təqdim olunması da bizi narahat edir. Hesab edirik ki, “Turan Tovuz” kimi böyük bir camiə enerjisini bu tip polemikalara yox, nəticələrə və gələcək oyunlara yönəltməlidi. Bununla yanaşı, kim tərəfindən edilməsindən asılı olmayaraq, meydanda təxribat xarakterli və idmançıya yaraşmayan davranışın da tərəfdarı deyilik”.

“Qartal” fanklubunun rəhbəri Kənan Məmmədov:
“Tovuzlu azarkeşlər tərəfindən bizim fanklub yaxşı qarşılanıb. Sadəcə, ötən mövsüm yaşanan bəzi hadisələrə və avrokuboklara “Zirə” qatıldığına görə azarkeşlərin bir qədər kinli olması başadüşüləndi. Gələn görüşlərdə belə hadisələrin yaşanmamasını arzulayırıq”.
İSRAYIL XEYRULLAYEV