Bəs futbolçunun “Kəpəz”dən ayrılmasına səbəb nə oldu? Vüsal Məsimov “Football-plus.az”a açıqlamasında bunları dedi:
“Kəpəz” mənim üçün çox doğma oldu. Orda gözəl günlərim keçib. Mənim üçün ordaki kollektiv, məşqçi heyəti, rəhbərlik də yaxşı idi. Sadəcə, bu gün üçün şərtlər bunu diqtə etdi. Mənə “Şamaxı”dan da təklif gəlmişdi. Lakin “Səbail”in təklifi daha yaxşı idi. “Səbail” yaxşı klubdu. Ümid edirəm ki, karyeram üçün də faydalı olar. İstəyirəm oyununumla “Səbail”ə kömək edim. Komandam üçün əlimdən gələn hər şeyi edəcəm”.
RÖYANƏ OĞUZ






