“FourFourTwo” dünyanın ən yaxşı qapıçılarının yeni siyahısını açıqlayıb.
“Football-plus.az” xəbər verir ki, ilk sıraya “Liverpul”un 31 yaşlı qapıçısı Alisson Beker layiq bilinib. 2-ci yerdə Alissonun “Mançester Siti”də oynayan həmyerlisi Edersondu. İlk “3-lüy”ə “Barselona”nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegen də düşüb. “FourFourTwo”nun yeni siyahısında dünyanın ən yaxşı 10 qapıçısı sırasına layiq bilənənlərin kimliyini də nəzərinizə çatdırırıq: Mayk Menyan (Milan), Manuel Noyer (Bavariya), Canluici Donnarumma (PSJ), Yan Oblak (Atletiko), Emiliano Martines (Aston Villa), Yan Zommer (İnter), Tibo Kurtua (Real).